ABŞ: "İsrail istənilən vaxt hücum edə bilər"
    • 16-04-2024, 20:45
    • 541

ABŞ: "İsrail istənilən vaxt hücum edə bilər"

İranın İsrail ərazisinə ilk birbaşa hücumundan sonra bütün gözlər İsrailə çevrildi.

News24.az xəbər verir ki, İsraildən açıqlama verilib: "İranın İsrail ərazisinə raket və pilotsuz təyyarə hücumu cavabsız qalmayacaq".

İran sayıq olsa da, beynəlxalq ictimaiyyətin mötədilliyə çağırışları bir-birini izləyir.

Qeyd edək ki, İsrail mətbuatı İsrail Hərbi Hava Qüvvələrinin İrana qarşı mümkün hücum hazırlığını başa çatdırdığını yazıb.

Oxşar bəyanatlardan Amerika mətbuatında da istifadə olunub. NBC bildirib ki, İsrail istənilən vaxt İrana hücum edə bilər.

Günel Məlikzadə