-
- 1-05-2019, 18:14
- 1 315
“Elə bilirlər məktəblərdə şəriət dərsi keçib, molla yetişdirəcəklər” - Hacı Surxay Məmmədli - FOTO - VİDEO
“Elə bilirlər məktəblərdə şəriət dərsi keçib, molla yetişdirəcəklər, bu əsla belə deyil”. Bunu News24.az-a açıqlamasında ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli bildirib.
Məktəblərdə dinin tədris olunmasının cəmiyyət tərəfindən birmənalı qarşılanmamasına münasibət bildirən din xadimi iradlar və narazılıqların olmasını normal qarşılayır: “Hacı Zeynalabdin Tağıyev qızlar məktəbini açanda da onun əleyhinə çox adamlar çıxdı. Etiraz etdilər ki, qızlarımızı necə təhsilə verək. O dövrdən bu dövrə kimi bizim qızlarımız Avropa ölkələrində oxuyurlar, təhsil alırlar, bu bizim dinamik inkişafımızın təzahürüdür. Azərbaycanda yalnız dinin tədrisi və ilahiyyatı deyil, eyni zamanda deyil, provoslav, xristian, hətta digər dinlərin tədris olunması da ön plandadır. Eyni zamanda, şəriət, əxlaqı məsələlər ön plandadır. Birmənalı tərəfdarıyam və heç zaman əleyhinə çıxa bilmərəm. Mənim də övladlarım təhsil alır, əgər bizim məktəblərimizdə “Həyat bilgisi” əvəzinə müəyyən əxlaqi dərslər olsa, qızlarımız və oğullarımız vətənpərvər ruhda böyüyərlər. O zaman övladlarımız ailə dəyərlərinə önəm verərlər. Bu gün ölkəmizdə iqtisadiyyatımız, siyasətimiz dövlətçiliyimizin sütunlarını təşkil edirsə, eləcə də, mənəvi dəyərlərimizi də qorumalıyıq. Çünki dövlətin əsas dayağı, onurğası mənəviyyatdan asılıdır. Bu baxımdan dini fənlərin məktəblərdə keçirilməsi təqdirəlayiq addımdır. Düzdür, irad edənlər olacaq, çünki mahiyyətin nədən ibarət olduğundan xəbərsizdirlər, elə bilirlər şəriət dərsi keçib molla yetişdirəcəklər. Belə deyil. Şəriətin əxlaqi dərsləri keçirilməsində məqsəd odur ki, insan halal-haramı anlaya bilsin, insan sabahkı mövqeyini tapa bilsin, böyüklərə, valideynlərə olan sayğını hiss edə bilsin. Bu mənəviyyatdan irəli gəlir. Həddindən artıq maddi imkana sahib olmaq olar, amma əgər bunu kimsəsizlərə, ehtiyacı olan insanlarla yardımlaşa bilmiriksə, bu dini maariflənmədən xəbərsizliyi göstərər”.
Ilahiyyatçı hazırda məktəb yaşlıların intihar etməsinin səbəbini dini bilgisizliklə əlaqələndirir: “Bü gün məktəblərdə intiharların baş verməsi, damarların kəsilməsi, dərman ataraq canına qəsd etmə cəhdləri dini bilgilərdən, ilahi anlamlardan xəbərsiz olmalarından irəli gəlir. Dini bilən şəxs intihara əl atmaz. Axirəti düşünən insanlar intihar etməzlər”.
Afaq Mirayiq