Təxminən 1 milyard seçici səs verəcək
    • 19-04-2024, 20:45
    • 146

Təxminən 1 milyard seçici səs verəcək

Hindistanda bu gün başlayacaq və iyunun 1-dək davam edəcək ümumi seçkilər çərçivəsində federal parlamentin aşağı palatası olan Xalq Məclisinin üzvlərini seçmək üçün 1 milyarda yaxın seçici sandıq başına gedəcək.

News24.az xəbər verir ki, nəticələri iyunun 4-də açıqlanacaq seçki 7 mərhələdən ibarət olacaq. Təxminən 6 həftə davam edəcək. 

Qeyd edək ki, ölkə tarixində ən uzun seçki 1951-ci ilin oktyabrından 1952-ci ilin fevralına qədər keçirilib və 4 ay davam edib.

Xatırladaq ki, 968 milyon seçici bu gün Xalq Məclisinin üzvlərini seçmək üçün səs verəcək.

Günel Məlikzadə