Rusiyalı jurnalist Ukraynada həlak oldu
    • 20-04-2024, 11:00
    • 154

Rusiyalı jurnalist Ukraynada həlak oldu


Rusiyanın “İzvestiya” telekanalının hərbi jurnalisti Semyon Yeremin Ukraynada əməliyyat zonasında həlak olub.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Qeyd edilib ki, S.Yeremin Ukraynada müharibənin başladığı gündən hərbi əməliyyatların aparıldığı ərazilərdəki vəziyyəti işıqlandırıb.