Onlar Cavanşir Məmmədovla vidalaşmağa gəlmədilər…
    • 21-04-2024, 16:14
    • 346

Onlar Cavanşir Məmmədovla vidalaşmağa gəlmədilər…


“Dünən bir daha şahidi oldum ki, çalış ölmə, öldünsə, vəssalam!”

News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu aparıcı-prodüser Tarix Əliyev sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, vaxtilə Cavanşir Məmmədovun getdiyi verilişlərin aparıcıları onunla vidalaşmağa gəlməyib:

“TikTok-da Cavanşir müəllimin danışdığı hissələri paylaşıb verilişlərini reklam edənlər, harada idiniz?!”

Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında ürəktutmasından vəfat edib.