Melis portağal çiçəyi karnavalında
    • 21-04-2024, 21:36
    • 138

Melis portağal çiçəyi karnavalında


Məşhur Türkiyəli aktrisa Melis Sezen Türkiyədə iki illik fasilədən sonra keçirilən “Portağal çiçəyi karnavalı”na qatılıb.

News24.az OLAY-a istinadla yazır ki, festivalın bağlanış günündə qonaq olan Sezen fotolarını instaqram hesabında paylaşıb.

“Portağal çiçəyi karnavalı bir sevgi karnavalıdır və izah edilməsi mümkün deyil, yaşamaq lazımdır. Çox sevirəm, Adana”, - deyə, aktrisa yazıb.

Qeyd edək ki, sözügedən festival 2013-cü ildən etibarən Adana şəhərində keçirilir. Ötən il Türkiyədəki zəlzələlər səbəbiylə ləğv edilmişdi.