"Turistlərin gəlişini dayandırın"
    • 22-04-2024, 09:00
    • 170

"Turistlərin gəlişini dayandırın"

İspaniyanın Kanar adalarında turizm modeli ekoloqlar tərəfindən etirazla qarşılanıb.

News24.az xəbər verir ki, hazırkı modelin ada sakinləri üçün yaşayış xərclərini əlçatmaz etdiyini deyir. Bunun ekoloji cəhətdən də dayanıqlı olmadığını iddia edirlər.

Ada sakinləri turistlərin gəlməsinin dayandırılmasını tələb edirlər.

İspaniya mətbuatının məlumatına görə, dünən Tenerifedə keçirilən etiraz nümayişinə təxminən 57 min adam qatılıb.

“Burada insanlar yaşayır” və “Adamızın öldüyünü görmək istəmirik” yazılı plakatlar daşıyan fəallar qısamüddətli tətil icarələrini və otel tikintisini dayandırmağa çağırıblar.

“Bu etiraz, turistlərə deyil. Bu torpağa fayda verməyən və dəyişdirilməsi lazım olan turizm modelinə qarşı bir mesajdır”, - etirazçılardan biri Reuters xəbər agentliyinə deyib.

Günel Məlikzadə