Əli Mirəliyev ÖZÜNDƏN ÇIXDI: “Nakişilər!”
    • 22-04-2024, 20:07
    • 152

Əli Mirəliyev ÖZÜNDƏN ÇIXDI: “Nakişilər!”

Aprelin 20-də ürəktutmasından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı yazılan tənqid dolu şərhlər müğənninin sənət dostlarını da dilə gətirib.

News24.az bildirir ki, Yenicag.az-a açıqlama verən müğənni Əli Mirəliyev dinimizdə ölünün dalınca danışmağın günah sayıldığını bildirib, bunu insanlığa sığışmayan hərəkət kimi dəyərləndirib:

“Ölüb, haqq dünyasına qovuşub, amma yenə də adamın ölüsündən əl çəkmirlər. Ayıbdır, yekə adamsız, ağızınızı qoymusuz Allah yoluna, boş-boş çərənləyirsiz. Yazığı o qədər əsəbləşdirdilər, o qədər canından bezdirdilər, hərəyə bir cavab verdi, axırda da ürəyi dözmədi. Bir anın içində, elə ayaqüstə bu dünyadan köçüb getdi. Ölünün dalınca danışan adamlara nakişi deyirəm. O, mənim qardaşım, dostum idi, gözəl ailə başçısı idi. Cavanşir çox qeyrətli oğul idi, qabağından yeyən oğlan deyildi. Ümumiyyətlə, dinimizdə də dünyasını dəyişən adamın dalınca danışmaq günah sayılır. Biz müsəlmanıq, belə şeylər bizə yaraşmaz. Oturmusunuz klaviatura arxasında, sosial şəbəkələrdə min cür böhtan, şər yazırsız, içinizdəki aqressiyanı bilmirsiz, necə çıxarasınız. Siz də bu dünyanı tutub getməyəcəksiz. Vaxtınız çatanda həyatdan köçəcəksiniz. Özünüzü həmin adamların yerinə qoyun. Elə edin, öləndə kimsə sizə rəhmət oxusun”.