Hitlerin doğulduğu evə gül qoyanlar həbs edildi
    • 22-04-2024, 18:06
    • 125

Hitlerin doğulduğu evə gül qoyanlar həbs edildi

Avstriyanın Braunau am İnn şəhərində Hitlerin evinə gül qoyan dörd alman həbs edilib.

News24.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Məlumata görə, Yuxarı Avstriya əyalətində 20-30 yaşlarında olan iki bacı və onların partnyorlarını pəncərə boşluqlarına ağ qızılgüllər yerləşdirmək üçün binaya gəlib. Evin qarşısında qızlardan biri Hitlerə salam verib. Onlardan biri diktatoru tərifləmək niyyətinin olmadığını bildirsə də, axtarış zamanı onların telefonlarında nasist simvollarından istifadə edilən mesajlar tapılıb.

Mehriban Mirzəzadə