ABŞ dövlət katibi Blinken Çinə gedir
    • 24-04-2024, 15:38
    • 142

ABŞ dövlət katibi Blinken Çinə gedir

ABŞ dövlət katibi Entoni Blinken ikitərəfli münasibətləri müzakirə etmək üçün Çinə gedir. Blinkenin Çinə üç günlük rəsmi səfər edəcəyi bildirilib.

News24.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Blinkenin həmkarı Vanq Yinin dəvəti ilə 24-26 aprel tarixlərində Çinə səfər edəcəyi bildirilib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Blinkenin səfəri zamanı Vanq ilə “rəqabətsiz ticarət, sənayedə həddindən artıq istehsal da daxil olmaqla bir sıra ikitərəfli, regional və qlobal məsələlər” müzakirə olunacaq.

Çin rəsmilərinin açıqlamalarına görə, Blinkenin səfəri iki ölkə arasında son zamanlar baş verən rəqabəti məsuliyyətlə idarə etmək, münaqişələrdən və yanlış hesablamalardan qaçmaq məqsədi daşıyan “intensiv diplomatiya”nın bir hissəsi olub.

Günel Məlikzadə