Ərdoğan: Biz İsraillə ticari əlaqələri ayaqda tutmağa çalışmırıq
    • 24-04-2024, 22:30
    • 105

Ərdoğan: Biz İsraillə ticari əlaqələri ayaqda tutmağa çalışmırıq

Almaniya prezidenti Ştaynmayerin Türkiyəyə üç günlük səfərinin son dayanacağı Ankaradır. Prezident Ştaynmeyr prezident Ərdoğanla görüşmək üçün bu gün Prezident Kompleksinə gəlib.

News24.az xəbər verir ki, ikitərəfli görüşlərdən sonra Ərdoğan və Ştaynmayer birgə mətbuat konfransı keçirib.

Ərdoğanın açıqlamalarında önə çıxan mövzulardan biri də İsraillə birgə ticarət olub. Ərdoğan İsrail ticarəti ilə bağlı bunları deyib:

“Bizim artıq İsraillə intensiv ticari əlaqələrimiz yoxdur. O iş bitdi. Bu yaxınlarda xarici işlər nazirim açıqlama verdi. Ancaq bunu bilmənizi istəyirəm; Təəssüf ki, İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı hazırda 45 minə çatıb. Bu rəqəmi bir kənara qoymağımızdan söhbət gedə bilməz”.

Günel Məlikzadə