Blinken Pekinə gedir
    • 25-04-2024, 15:59
    • 107

Blinken Pekinə gedir

ABŞ dövlət katibi Entoni Blinken Pekinə gəlib.

News24.az xəbər verir ki, bu barədə CGTN telekanalı məlumat yayıb.

Məlumata görə, Blinkenin Çinə işgüzar səfəri aprelin 24-də Şanxaya gəldikdən sonra başlayıb. Amerika diplomatiyasının rəhbəri aprelin 26-dək ölkədə olacaq. Bu, Blinkenin ABŞ dövlət katibi olduğu müddətdə Çinə ikinci səfəridir.

Mehriban Mirzəzadə