Arazdəyən kəndi ilə bağlı xəbər Ermənistanı ÇALXALADI
    • Bu gün, 08:45
    • 225

Arazdəyən kəndi ilə bağlı xəbər Ermənistanı ÇALXALADI

Ermənistan cəmiyyətinin radikal kəsimində növbəti təşviş yaranıb. News24.az Modern.az-a istinadən xəbər verir ki, erməni vəkil Raffi Aslanyan sosial şəbəkələrdə yazıb ki, hakimiyyət “Ararat vilayətinin Yerasx kəndi” istiqamətindəki mövqeyi gizli şəkildə Azərbaycana güzəştə gedib. Məlumat bir çox KİV-lərdə də tirajlanıb.

Raffi Aslanyandünən  Zəngəzura gedərkən həmin kəndə yaxın yüksəklikdəki dayaq nöqtəsində Azərbaycan bayrağının dalğalandığını gördüyünü bildirib.

Ərazini strateji əhəmiyyətli yüksəklik kimi qiymətləndirən erməni vəkil “Yerasx kəndi” camaatını ayağa qalxmağa çağırıb.

Bu xəbərin həyəcan və təşvişi o həddə çatıb ki, Ermənistan Müdafiə Nazirliyi açıqlama verməyə məcbur olub.

Nazirlik bildirib ki, Yerasx kəndi ərazisində heç bir mövqe dəyişikliyi olmayıb.

“KİV əməkdaşlarını rəsmi məlumatlara inanmağa, yalan məlumat yaymamağa və belə hallarda Müdafiə Nazirliyilə dəqiqləşdirmə aparmağa çağırırıq”, - deyə qurum bəyan edib.

 Adı mətbuatda tez-tez çəkilən “Yerasx kəndi” əslində Qərbi Azərbaycanın Vedibasar mahalının Arazdəyən kəndidir. İnixi Qarabağ müharibəsindən sonra bu kənd ətrafındakı vəziyyət erməniləri ciddi narahat edir. Ermənilərin “Ararat vilayətinin Yerasx kəndi” adlandırdıqları bu yaşayış məntəqəsi düşmən üçün strateji əhəmiyyət daşıyır.

Çünki kənd İrəvan-Naxçıvan-Bakı avtomobil yolunun  üzərində yerləşir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə həmsərhəd olan Arazdəyən kəndi ətrafındakı yüksəklikdə Ermənistan və Azərbaycan Ordusunun mövqeləri üzbəüzdür və əvvəllər burada atəşkəs tez-tez pozulub.

Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiyaya edildiyi kənddir.

Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə tarixən Arazdəyən adlandırılıb.

Ermənistan hakimiyyəti Arazdəyənin adını 1968-ci ildə dəyişdirərək Yerasx qoyub.