FTB təsdiqlədi: Trampın qulağına dəyən..
    • Bu gün, 10:07
    • 121

FTB təsdiqlədi: Trampın qulağına dəyən..

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd zamanı qulağına güllə dəydiyini təsdiqləyib.

News24.az xəbər verir ki, FTB Trampa dəyən obyektin güllə, yoxsa başqa bir şey olması ilə bağlı yazılı açıqlama verib.

“Keçmiş prezident Trampın qulağına dəyən, mərhumun silahından atılan, ya bütöv, ya da kiçik parçalara ayrılmış güllə olub”, - deyə bəyanatda bildirilir. 

Qeyd edək ki, FTB-nin bəyanatı Trampın zədələnməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən indiyə qədər verilən ən qəti bəyanat hesab edilib.

Günel Məlikzadə