-
- 27-07-2024, 09:20
- 951
Azərbaycanın kredit reytinqi “BBB-” səviyyəsinə yüksəldi
“Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (IDR) “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldib. Proqnoz “Sabit”dir.
News24.az bu barədə reytinq agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir:
“2024-cü ildə 80%-i Azərbaycanın Dövlət Neft Fondu (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankına (ARMB) aid olan suveren valyuta aktivləri 74 milyard ABŞ dollarına və ya proqnozlaşdırılan ÜDM-in 98%-nə yaxınlaşacaq. Bu, suvereni ilk dəfə investisiya dərəcəsinə yüksəltdiyimiz 2010-cu ildən bəri 55%-dən artım deməkdir. 2024-cü ildə ÜDM-in 71%-i (2010-cu ildə ÜDM-in 50%-i) səviyyəsində proqnozlaşdırılan Azərbaycanın xalis suveren aktiv mövqeyi “BBB” və “A” suverenləri arasında ən yüksək səviyyədə qalacaq”.
“Fitch Ratings” Azərbaycanın cari əməliyyatlar hesabının (CƏH) 2027-ci ilə kimi profisitli olacağını profisiti gözləyir: “CƏH 2024-cü ildə proqnozlaşdırılan ÜDM-in 9,3%-dən 2026-cı ildə 6,4%-ə qədər azalacaq. Lakin neft qiymətlərinin aşağı düşməsinə, aktivlərin daha orta səviyyədə yığılmasına baxmayaraq, “BBB” kateqoriyasında ən yüksək olaraq qalacaq.
“Fitch” həmçinin, Azərbaycanın xalis xarici kreditor mövqeyinin 2024-cü ildə ÜDM-in 154%-nə qədər möhkəmlənəcəyini və “BBB” suverenləri arasında ən güclü olduğunu təxmin edir.