ABŞ və daha 17 ölkə Həmasa çağırış etdi
    • 25-04-2024, 18:45
    • 135

ABŞ və daha 17 ölkə Həmasa çağırış etdi

ABŞ və daha 17 dövlət Fələstinin radikal HƏMAS hərəkatından 2023-cü il oktyabrın 7-də İsraildə hücumlar zamanı əsir götürülən girovları azad etməyi tələb edib.

News24.az xəbər verir ki, bu barədə ölkələrin birgə bəyanatında deyilir.

“Biz Qəzzada 200 gündən artıqdır ki, HƏMAS tərəfindən saxlanılan girovları dərhal azad etməyə çağırırıq”.

Qeyd edək ki, bu bəyanatı Avstriya, Argentina, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, İspaniya, Kanada, Kolumbiya, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, ABŞ, Tailand və Fransa imzalayıb. Onlar qeyd ediblər ki, girovların gələcək taleyi beynəlxalq narahatlıq doğurur.

Mehriban Mirzəzadə