Kafeyə silahlı HÜCUM: Yaralılar var
    • 29-04-2024, 12:17
    • 266

Kafeyə silahlı HÜCUM: Yaralılar var

İstanbulun Bağcılar şəhərində naməlum şəxslər kafeyə atəş açıb.

News24.az xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası yaralılara ilkin tibbi yardım göstərərək, zərərçəkənləri yaxınlıqdakı özəl xəstəxanaya yerləşdiriblər. Faktla bağlı araşdırma aparılır və hadisənin başvermə şəraiti aydınlaşdırlır.

Mehriban Mirzəzadə