Kafeyə gələn müştərini yenot dişlədi
    • 23-02-2024, 23:00
    • 192

Kafeyə gələn müştərini yenot dişlədi


Moskvanın mərkəzində kafeyə gələn gənci yenot dişləyib.

News24.az xəbər verir ki, bu barədə ölkə prokrorluğu məlumat yayıb.

Hadisə “Bolşaya Polyankada”  gəmirici heyvanların olduğu “Furry Bratva”da baş verib.

Məlumata görə,16 yaşlı məktəbli ev heyvanlarından birini sığallayıb, lakin o, gəncin əlini dişləyib.

Qeyd edək ki, yenotun dişləməsindən sonra məktəbliyə ilkin tibbi yardım olunub.

Mehriban Mirzəzadə