-
- 29-04-2024, 14:01
- 1 124
Məşhur aktyor polisə ÇAĞIRILDI - FOTO
Fransa polisi aktyor Jerar Depardyeni cinsi təcavüz halları ilə bağlı ifadə verməyə çağırdıqdan sonra saxlayıb.
News24.az xəbər verir ki, polis iki qadının iddialarına görə Depardyeni sorğu-sual edəcək.
İddialarından birinin 2014-cü ildə bir film çəkilişində, digərinin isə 2021-ci ildə başqa bir çəkiliş zamanı baş verdiyi bildirilir. Bu məlumat BFMTV telekanalının reportajında da təsdiqlənib.
“Asteriks və Oburisk Sezara qarşı” filmi ilə tanınan məşhur fransız aktyoru Jerar Depardye 13 qadın tərəfindən cinsi təcavüzdə günahlandırılıb.
Xatırladaq ki, Depardye ilk dəfə 2020-ci ildə aktrisa Şarlotta Arnould tərəfindən zorlamada ittiham edilib.
Paris Prokurorluğu 2007-ci ildə aktyorun ona cinsi təcavüz etdiyini iddia edən fransalı aktrisa Helene Darrasa qarşı işi “məhdudiyyət müddəti” səbəbindən dayandırıb.
Darrasın şikayətinin müddətinin uzadıldığı bildirilib.
Günel Məlikzadə