Silahlı hücum nəticəsində 4 polis öldü
    • 30-04-2024, 09:02
    • 568

Silahlı hücum nəticəsində 4 polis öldü

ABŞ-ın Şimali Karolina ştatında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib.

News24.az xəbər verir ki, Şarlotta polis rəisi Conni Cenninqs polisin axtarış aparmaq üçün evə girərkən tüfənglə atəş açıldığını bildirib. 

Cenninqs hücum zamanı 4 polisin öldüyünü, 4-nün yaralandığını, bir yaralının vəziyyətinin ağır olduğunu da əlavə edib..

Şübhəlinin güllələnərək hadisə yerində həyatını itirdiyini bildirən Cenninqs, bunun Şarlotta tarixinin ən dəhşətli hadisələrindən biri olduğunu və istintaqın dərindən davam edəcəyini qeyd edib.

Digər tərəfdən, Ağ Ev ABŞ prezidenti Co Baydenin hadisə ilə bağlı məlumatlandırıldığını və Baydenin hadisələri yaxından izlədiyini açıqlayıb.

Günel Məlikzadə