Qumarda uduzub rəqibini balta ilə öldürdü
    • 15-03-2024, 23:00
    • 353

Qumarda uduzub rəqibini balta ilə öldürdü

Rusiyanın Abakan şəhərində iki kişi arasında kart oyunu üstündə yaranan münaqişə faciə ilə bitib.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə şahidlərinin sözlərinə görə, dava iştirakçılarından biri yarıçılpaq vəziyyətdə rəqibinə balta ilə hücum edib və onun başına ağır xəsarətlər yetirib. Daha sonra həmin şəxs rəqibini pilləkənlərin altında vəhşicəsinə döyüb. Nəticədə kişi xəstəxanada ölüb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Cinayətkarı tutmaq üçün hadisə yerinə polis qrupu göndərilib. Məlum olub ki, 33 yaşlı Tuva əsilli şübhəli şəxs dava yerinin yaxınlığındakı evdə yaşayır. Onun kirayədə qaldığı mənzildə iki azyaşlı uşaq da olub.

Məlumata görə, münaqişənin səbəbi kart oyununda uduzmaq olub. Nəticədə tuvalı rəqibinə 10 min rubl (təxminən 185 manat) borclu qalıb.