-
- 1-08-2018, 17:39
- 819
“Polislər təqib etdi, qardaşım qəzaya düşdü”
Şirvan şəhərində bir ailənin üzvlərinin içində olduğu maşının qəzaya düşməsinə yol polisinin səbəb olması barədə iddialar var.
Rais Ağarzayev bildirib ki, hadisə iyulun 25-də gecə saat 23 radələrində Şirvan şəhəri Hacıqaraman qəsəbəsində baş verib.
O, qardaşı Firkət Ağarzayev ilə toydan çıxıblar: “Fikrət içkili idi, özünə məxsus “Mercedes” markalı 10 GG 921 nörməli avtomobili sürürdü, mən də arxasıyca gedirdim. Onun maşınında arvadı və 12 yaşlı oğlu, əmim oğlu Bəxtiyar Ağarzayev olub.
YP 131 və YP 132 nömrəli polis maşınları məni ötüb keçdilər, elə bildim hadisə yerinə gedirlər. Onlar qardaşımı təqib ediblər, sağından-solundan keçib sıxışdırmağa çalışıblar. O da saxlamayıb, amma polislər “miqalkasız” sürərək onu təqib etməyə davam ediblər, yolda onu sağdan sıxışdıraraq elə bir situasiyaya salıblar ki, qardaşımın maşını aşıb. Polislər qəzanı görüb saxlamayıb gediblər, 10 dəqiqə sonra geri qayıdıb gəliblər ki, guya xəbərləri yoxdu. Kənd adamları isə polislərin Fikrəti təqib etdiyini görüblər, onları da maşından çıxarıblar. Sonra da kəndlilərimiz polislərlə mübahisə ediblər. Bəxtiyarın beli sınıb, hələ xəstəxanadadır, o daha yeriyə bilməyəcək, ömürlük şikəst oldu. Fikrətin ayağı sınıb, arvadının başına bir neçə yerdən tikiş qoyulub, oğlunun da burnu sınıb”.
R.Ağarzayev bildirib ki, yol polisləri rayondaxili xidmət aparan şəxslər olub: “Onlar bizi də tanıyırlar, biz də onları. Polislərə məlumat gəlsə ki, maşında silahlı şəxs var və ya cinayətkar var, onda təqib edərlər. Özləri də maşını ötəndə görüblər ki, içində ailə-uşaq var. Amma qəza törədənə kimi təqib ediblər. Sonra isə kömək etmədən çıxıb gediblər. Onlar ölsə idi, necə olacaqdı? Daxili İşlər Nazirliyi də müraciətlərimizi nəzərə almır, “102” xidmətinə zəng etmişik, gəlib bizdən bir söz soruşan yoxdur. Amma qəza olan kimi qardaşımı ayağı sınıq vəziyyətdə şöbəyə aparıb izahat aldılar, qoymadılar xəstəxanaya aparaq. İzahatında da içkili olduğunu, maşını saxlamadığını və polislərin onu təqib etməsi nəticəsində qəza törətdiyini yazıb”.
Vəkillər Kollegiyasının üzvü Vasif İsrafilov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Polis haqda” qanunun 20-ci maddəsinə görə, sürücünün və ya onun yanındakı şəxsin cinayət törətməsi və ya törədəcəyi barədə real məlumat olarsa, avtomobil təqib oluna bilər: “Digər hallarda isə qanunvericilik hər hansı inzibati xətanın törədilməsinə görə təqib etməyi nəzərə tutmur. Yol Patrul Xidməti haqda təlimata görə, həmin avtomobil digər üsullarla saxlanıla bilər. Bunun üçün bir neçə variant var, amma bu halda da təqibə icazə verilmir.
Onun sərxoş olması özü şübhədir, onun içkili vəziyyətdə cinayət törədə biləcəyi də ikinci şübhədir. Şübhədən doğan şübhə əsasında təqib etmək olmaz. Vətəndaş içkili olubsa, o cərimələnə bilər. Həmin şəxs rayon yerində yaşayırsa, qeydiyyat ünvanı da bəllidir. Yol Patrul Xidməti haqda təlimata görə, təqib o şərtlə həyata keçirilməlidir ki, təqib olunan və digər nəqliyyat vasitələrinə təhlükə yaratmasın. Buna görə də həmin sürücünü sadəcə izləmək olar, sağdan-soldan hərəkətlər edib onun sıxışdırılmasına yol verilmir. Sadəcə onun qarşısını kəsməklə hərəkətinə maneə olmaq, qarşıdakı postda saxlatmaq və s. hallar mümkündür.
Hər bir dövlət qulluqçusu vəzifə səlahiyyətlərini aşırsa, onun barəsində də qanunvericilik cəza nəzərdə tutur. Polisə güc tətbiq etmək üçün də icazə verilir, amma bunun üçün əsaslar olmalıdır.
Bunlar qanundan irəli gələn tələblərdir, lakin bu hadisənin necə baş verməsi araşdırılmadan məhz bu işdə kimin günahkar olduğunu demək olmaz. Həmçinin sürücü özü də maşınında olan ailəsini fikirləşib polisin “Saxla” əmrinə tabe olmalıdır. Çünki özünün sürətli və içkili avtomobil idarə etməsi bədbəxt hadisə ilə nəticələnə bilər”.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, mayor Rüfət Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaş hadisə ilə bağlı onlara müraciət etməlidir: “Biz indiki halda hər hansı açıqlama verə bilmərik. Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər, araşdırılıb müvafiq tədbir görüləcək”.
//Qafqazinfo.az