İtə çiy ət vermək olarmı? – Mütəxəssislər danışdı
    • 4-05-2024, 18:25
    • 261

İtə çiy ət vermək olarmı? – Mütəxəssislər danışdı

Köpək sahibləri hələ də ev heyvanları üçün ən yaxşı qidanın çiy ət olduğunu düşünürlər. Ancaq hamı bununla razılaşmır və mütəxəssislər itləri belə qidalandırmağın doğru olmadığını bildirirlər. 

News24.az Lent.az-a isttinadən xəbər verir ki, çiy ət və ya balıq it üçün zərərlidir. 

Bu mövzuda araşdırma Bristol Universitetinin nümayəndələri tərəfindən aparılıb.

Nəticələr saf cins itlərin qida rasionunun təhlilindən çıxarılıb. Çiy ətlə qidalanması ilə heyvanın orqanizmində bağırsaq çöpləri adında bakteriyalar olması arasında əlaqə təsdiqlənib.

Amma ən pisi odur ki, heyvanlar tərəfindən toplanan bakteriyalar insanlara keçə bilər.

Buna görə mütəxəssislər ev heyvanlarına çiy ət və sakatat yedirməyi tövsiyə etmir. Həmçinin heyvanlarla təmasda olan zaman ehtiyat tədbirlərinə əməl etməyi məsləhət görürlər.