Məktəbli oğlan polisi öldürmək istədi - ANBAAN VİDEO
    • 6-05-2024, 16:54
    • 121

Məktəbli oğlan polisi öldürmək istədi - ANBAAN VİDEO

Dağıstanda məktəbli onunla birlikdə avtomobildə olan polisi öldürməyə cəhd edib.

News24.az “BAZA”ya istinadən xəbər verir ki, 16 yaşlı yeniyetmə inzibati xəta törətdiyinə görə məsuliyyətə cəlb olunmaq üçün Serqokal polis şöbəsinə aparılıb.

Yolda qəfildən bıçağı çıxararaq sürücüyə hücum edib. Oğlan polisin silahını götürmək istəsə də, buna nail ola bilməyib.

Döş və çiynindən iki bıçaq zərbəsi alan hüquq-mühafizə orqanı əməkdaşının həyatı üçün təhlükə yoxdur.

Oğlanın inzibati protokolu indi hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd etməklə bağlı cinayət işi də əlavə edilib.

Teymur MƏMMƏDOV