"Mədəni elitanı formalaşdırmaq çox çətindir" - Fazil Mustafa
    • 7-05-2024, 12:21
    • 115

"Mədəni elitanı formalaşdırmaq çox çətindir" - Fazil Mustafa

Heydər Əliyev Fondunun Azərbaycan tarixində ən böyük xidməti mədəniyyət elitasının formalaşdırması olub. Siyasi elitanı formalaşdırmaq olar. Amma mədəni elitanı formalaşdırmaq çox çətindir.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

"Bir neçə gün öncə Fondun konsert proqramında iştirak etdik. Müşahidə etdik ki, mədəni elitanın formalaşmasına böyük xidmət edib". 

Millət vəkili çıxışı zamanı dəfn üzrə müavinət alınması məsələsinə də toxunub:

"Bu, ciddi problemdir. İstənilən vətəndaşın müavinətin alınması üçün kömək etməliyik. Digər məsələ isə dövlət qurumlarının qaynar xətləridir. Belə ki, onlar normal işlərini icra etmirlər. Hesab edirəm ki, bu məsələ də diqqət də saxlanılmalıdır", - deyə, millət vəkili deyib.

Şəhanə