Nigah məmuru duaya icazə vermədi..
    • 7-05-2024, 16:45
    • 119

Nigah məmuru duaya icazə vermədi..

İzmirdə baş tutan toy mərasimindən əvvəl bir nəfər mikrofonu götürüb dua etmək istəyib.

News24.az xəbər verir ki, dua oxumağa icazə verməyən toy məmuru: "Bura rəsmi ofisdir. Burda mikrofona icazə vermirik, vətəndaş nikahı edirik. Evdə də edə bilərsiniz" deyib. 

Mikrofonu əlindən alınan şəxs yenə də dua oxuyub.

Reaksiyalara səbəb olan görüntülərdən sonra Prokurorluq hərəkətə keçib.

Toy məmuruna qarşı "ictimaiyyətin bir hissəsini təhqir etmək və dini dəyərləri təhqir etmək" maddəsi ilə istintaq açılıb.

Günel Məlikzadə