Nebahat Çehre xəstəxanaya yerləşdirildi
    • 7-05-2024, 17:24
    • 190

Nebahat Çehre xəstəxanaya yerləşdirildi

"Aşk-ı Memnu"da "Firdevs Yöreoğlu" obrazı ilə yadda qalan Nebahat Çehre bir müddət əvvəl pisləşərək xəstəxanaya yerləşdirilib. 

News24.az xəbər verir ki, onun bir gecə xəstəxanada qaldığı öyrənilib.

Ürəyinə stent qoyulmuş aktirisanın meneceri səhhəti ilə bağlı açıqlama verib.

Nebahat Çehrenin meneceri Selçuk Kaya, "Dəyərli aktrisamız Nebahat Çehrenin səhhətinin vəziyyəti yaxşıdır. Evində dincəlir. Zəng edib soruşan hər kəsə təşəkkürümüzü bildiririk. İnşallah, tezliklə yeni layihələrdə görəcəyik..."

Günel Məlikzadə