-
- 7-05-2024, 17:46
- 177
Zelenskiyə sui-qəsd: İki polkovnik həbs edilib
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) prezident Vladimir Zelenskiyə qarşı sui-qəsdlə bağlı iki Ukrayna dövlət məmurunun həbs edildiyini açıqlayıb.
News24.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski də daxil olmaqla yüksək səviyyəli məmurlara sui-qəsd etmək üçün Rusiya tərəfindən təyin edilmiş iki Ukrayna təhlükəsizlik məmurunu həbs etdiyini açıqlayıb.
Kiyev iddia edir ki, Ukrayna lideri bir neçə dəfə, o cümlədən 2022-ci ilin fevralında Rusiya işğalının başlanğıcında Rusiya tərəfindən hədəfə alınıb.
Ukrayna Təhlükəsizlik Xidməti açıqlamasında bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən idarə olunan agentlər şəbəkəsini ifşa edib. Onların məqsədi Zelenskiyə və Ukraynanın digər yüksək rütbəli siyasi, hərbi rəsmilərinə sui-qəsd təşkil etmək olub.
SBU-dan verilən açıqlamada, “Fəaliyyətlərinə Moskvadan FSB tərəfindən nəzarət edilən şəbəkə daxilində Rusiyaya məxfi məlumatları sızdıran iki polkovnik də var idi” deyilir.
“RUSİYA ZELENSKİNİ ÖLDÜRMƏYƏ ÇALIŞIR”
Bildirilib ki, Rusiya Zelenskinin təhlükəsizlik komandasına yaxın olan və lideri girov götürüb öldürə biləcək şəxsləri müəyyən etməyə çalışır.
Polşa və Ukrayna hakimiyyət orqanları keçən ay Zelenskiyə qarşı sui-qəsd planına kömək etməkdə şübhəli bilinən şəxsi həbs etdiklərini açıqlayıb.
Günel Məlikzadə