-
- 6-05-2019, 14:38
- 1 155
ANS açılacaqmı?
Azərbaycan Respublikasının Baş Prokurorluğundan ANS-ə 3 ilə yaxın gözlənilən cavab - bəraət məktubu göndərilib.
Bunu News24.az-a ANS Yayım və Media Şirkətinin nümayəndəsi Mais Məmmədov bildirib. Onun sözlərinə görə, məktubda 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirilib.
ANS-in açılıb-açılmayacağı məsələsinə gəlincə, M.Məmmədov "bu, işə artıq məhkəmə və digər bununla bağlı digər səlahiyyətli şəxslər cavab verməlidir” dedi.
Milli Televiziya və Radio Şurasından isə məsələyə münasibət bildirilmədi, qeyd edildi ki, buna ilk olaraq məhkəmə qərar verəcək.
Afaq Mirayiq