Onlarla bağlı qərar dəyişmədi
    • 9-05-2024, 17:01
    • 489

Onlarla bağlı qərar dəyişmədi

“Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), “Məclis.info” saytının rəhbəri İmran Əliyev və jurnalist Şamo Eminov haqda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi istənilib. 

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ş.Eminovla bağlı vəsatətə Səbail Rayon Məhkəməsində digərlərinə isə Xətai Rayon Məhkəməsində baxılıb. 

Vəkillər müvəkkiləri haqda seçilmiş həbsli qətimkan tədbirinin aradan qaldırılaraq, ev dustaqlığı ilə əvəz edilməsini tələb ediblər. 

Müdafiəçilər vəsatətlərini belə əsaslandırıblar ki, müvəkkillərinin bəlli bir yaşayış yeri var, həmçinin istintaqa mane olmaq fikirləri yoxdur. 

Prokuror isə təqsirləndirilən şəxslərin sərbəst qalması üçün görüləcək qanuni tədbirlərin də yetərli olmayacağını deyərək, həbslərinin davamına qərar verilməsini tələb edib.

Hakimlər tərəflərin çıxışlarını dinlədikdən sonra vəsatətlərin heç birini təmin etməyiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.