Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırıldı
    • 20-05-2024, 14:41
    • 359

Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırıldı

İran Prezidenti İbrahim Rəisinin qəzaya helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq.

News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Namiyə istinadən məlumat verib.

"Həlak olanların cəsədlərinin yanmasına baxmayaraq, xilasedicilər onların şəxsiyyətini müəyyənləşdirərək təcili tibbi yardım briqadalarına təhvil veriblər", - deyə Məhəmməd Həsən Nami bildirib.

Onun sözlərinə görə, aviaqəzada həlak olanların cəsədləri Təbriz şəhərinə çatdırılıb.