Bu dövlət də Fələstini tanıyacaq
    • 9-05-2024, 17:35
    • 317

Bu dövlət də Fələstini tanıyacaq

Sloveniyanın xarici işlər naziri Tanya Fajon mətbuata verdiyi açıqlamada hökumətin Fələstin dövlətinin tanınması proseduruna başladığını və tanınma qərarının iyunun 13-dək Sloveniya Parlamentinə çatdırılacağını bildirib.

News24.az xəbər verir ki, qərarın geri dönüşü olmayan bir addım olduğuna diqqət çəkən Fajon, "Hökumətin Fələstini tanıma prosesində olmasından xoşbəxtəm. Bununla Sloveniya Yaxın Şərqdə sülhün bərqərar olması və iki dövlətli həllin zəruriliyinə sadiqdir" deyib.

Nəhayət, İspaniya, İrlandiya və Malta Fələstini “şərtlər uyğun gələndə” tanımağa hazır olduqlarını, bəzi Afrika ölkələri isə Fələstini rəsmi olaraq dövlət olaraq tanıdıqlarını açıqlayıblar.

Günel Məlikzadə