PKK-ya böyük zərbə
    • 9-05-2024, 17:44
    • 158

PKK-ya böyük zərbə

Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqində terrorla mübarizə ilə bağlı son məlumatlar paylaşılıb.

News24.az xəbər verir ki, bu çərçivədə son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, aralarında hökmdar adlandırılan 108 terrorçu zərərsizləşdirilib.

Bununla da yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 953-ə çatıb.

Bundan əlavə, ötən həftə İraqın şimalındakı sığınacaqlarından qaçan daha iki PKK terrorçusu Habur sərhəd məntəqəsinə təslim olub.

Günel Məlikzadə