Evdən qaçan qadınları axtarıb-tapandan sonra... - QALMAQALLI AÇIQLAMA
    • 9-05-2024, 18:07
    • 123

Evdən qaçan qadınları axtarıb-tapandan sonra... - QALMAQALLI AÇIQLAMA

Son vaxtlar qadınların ev-eşiyindən qaçıb-gizlənməsi, uşaqlarını atıb getməsi artıq dəb halını alıb. Bəylər isə evdən qaçan xanımlarını hər hansı qohum-qardaşın evində yox, efirlərdə axtarırlar. Kimisi yalvarıb dil tökür ki, həyat yoldaşı evinə geri qayıtsın, kimisi də onu tapana böyük məbləğdə mükafat vəd edir. Cəmiyyətin əksər nümayəndələri isə bu məsələdə düşünür ki, belə qadınları axtarmağa dəyməz. 

News24.az bildirir ki. sözügedən mövzu ilə bağlı “Yeni Sabah”a danışan tanınmış yazıçı Seyran Səxavət məsələni belə şərh edib:

“Bu sualın cavabı çox qısa və konkretdir. Onları axtarmağa dəyməz. Belələrini axtarıb-tapandan sonra daha böyük fəsadlar törədə bilərlər. Buna görə də onları heç axtarmamaq daha yaxşıdır. Bu mənim öz düşüncəmdir. Mən belə başa düşürəm”. 

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu isə “Yeni Sabah”a açıqlamasında bu fikirləri vurğulayıb:

“Bütün kriteriyalar dəyişib, dəyərlər itib. Deməli, belə məsləhətdir ki, bunu da edirlər. Bütün dini kitablarda bu qeyd olunub ki, heç kəsi mühakimə etmə, sonra özün də mühakimə olunarsan. Mən axı kiməm hökm verim ki, düz edirlər, ya yox. O verilişlərə nə gedirəm, nə də izləyirəm. Bir dəfə sözümü demişəm ki, heç kəsi mühakimə edib, yol göstərə bilmərəm. İnsanlara deyə bilmərəm ki, bunu etmə, onu et. 

Elə zəmanəyə gəlib çatmışıq ki, hər şey mümkündür. Adam artıq heç nəyə təəccüblənə bilmir. Sözügedən hadisələr daha normallaşıb, həyat tərzinə çevrilib. Əxlaq dəyərlərimiz bu dərəcədə eroziyaya uğrayıb. İndi nə böyük, nə də kiçik var. Hər şeyi televiziya, efirlər həll edir. Ailələri televiziya barışdırır. Kimi tutub, kimi buraxmaq lazım olduğunu da elə efirlər müəyyən edir”.