Xarkovun ön komandiri dəyişdirildi
    • 13-05-2024, 14:26
    • 254

Xarkovun ön komandiri dəyişdirildi

Rusiyanın irəliləyişinin davam etdiyi Xarkovda cəbhə xəttinə cavabdeh olan ukraynalı komandir dəyişdirilib.

News24.az xəbər verir ki, Hərbi komandanlıqdan Nazar Voloşin bu gün verdiyi açıqlamada bildirib ki, Xarkovun şimal-şərq cəbhə xəttinə cavabdeh olan ukraynalı komandir dəyişdirilib.

RBC-Ukrayna mediasına açıqlamasında Voloşin briqada generalı Mixailo Drapatinin təyin edilməsi barədə qərarın mayın 11-də qəbul edildiyini bildirib. Voloşin heç bir səbəb göstərməyib.

Xaırladaq ki, Rusiya qoşunları mayın 10-da səhər saatlarında regional sərhədə hücuma keçib. Moskva Xarkovda altı bölgəyə nəzarətin ələ keçirildiyini də açıqlayıb.

Günel Məlikzadə