“Qarabağ”ın mükafatlandırılacağı stadion məlum oldu
    • 13-05-2024, 22:00
    • 292

“Qarabağ”ın mükafatlandırılacağı stadion məlum oldu

Azərbaycan Premyer Liqasının 34-cü turunun “Araz-Naxçıvan” - “Qarabağ” oyunu “Azersun Arena”da keçiriləcək.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bunun iki səbəbi var.

Birincisi, Azərbaycan Kubokunun final oyunu ilə bağlı hazırda “Liv Bona Dea Arena”da işlər aparılır. Bununla və ölkə çempionatının 2023/24 mövsümünün mükafatlandırma mərasimi ilə əlaqədar olaraq, görüşə “Azersun Arena”nın ev sahibliyi etməsi məqsədəuyğun sayılıb.

Mayın 26-da baş tutacaq qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçiriləcək. “Azersun Arena”da reallaşacaq tədbirdə qızıl medalçı “Qarabağ”a medallar və çempionluq kuboku təqdim olunacaq. Mərasimdə turnirin bombardiri də öz mükafatını alacaq.