Aİ-dən İrana qarşı yeni sanksiya
    • 14-05-2024, 17:47
    • 208

Aİ-dən İrana qarşı yeni sanksiya

Avropa İttifaqı İrana qarşı "Rusiyanın hərbi dəstəyi" və Qırmızı dəniz bölgəsindəki hərəkətlərinə görə məhdudlaşdırıcı tədbirləri genişləndirib.

News24.az xəbər verir iki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Aİ Şurası Rusiyanın Ukraynadakı hərbi fəaliyyətlərinə, Yaxın Şərq və Qırmızı dəniz bölgəsindəki silahlı qruplara hərbi dəstək verdiyinə görə İrana qarşı qadağanedici tədbirləri genişləndirib”, - bəyanatda deyilir. 

Sanksiyalar İrana raket komponentlərinin tədarükünün ixracına qadağalar, habelə hüquqi və fiziki şəxslərin qara siyahıya salınmasını əhatə edir. 

Mehriban Mirzəzadə