-
- 16-05-2024, 12:02
- 282
6 dəqiqə ayaqda alqışlandı
Baş rolda Anya Taylor-Coyun oynadığı “Furiosa: Dəli Maks Dastanı” filmi Kann Film Festivalında nümayiş etdirilib.
News24.az xəbər verir ki, festivalın maraqla gözlənilən filml 6 dəqiqə ərzində alqışlarla qarşılanıb.
Filmin baş rol ifaçılarından biri olan Kris Hemsvortun gözündən yaş axdığı anlar kameralara tuş gəlib.
168 milyon dollar büdcə ilə çəkilən filmin çox bəyənildiyi və tamaşaçıların rejissoru təbrik etdiyi bildirilib.
Qeyd edək ki, Fransada keçirilən premyerada filmin baş rol ifaçıları və rejissor Corc Miller iştirak edib.
Onu da bildirək ki, Anya Taylor-Joy Dior-dan straplez paltarı ilə göz qamaşdırıb.
Günel Məlikzadə