Xaricilər deyil, bizimkilərdi - TANIYIN ONLARI
    • 12-09-2020, 12:38
    • 1 095

Xaricilər deyil, bizimkilərdi - TANIYIN ONLARI

Azərbaycan kino tarixində ilk dəfə olaraq 77-ci Venesiya Film Festivalında rejissor Hilal Baydarovun lentə aldığı “Səpələnmiş ölümlər filmi “Qızıl şir” mükafatı uğrunda mübarizəyə qoşulub.

News24.az xəbər verir ki, tammetrajlı bədii filmin rejissoru Hilal Baydarov, quruluşçu operatoru vә prodüseri Elşәn Abbasov, baş rol ifaçıları Orxan isgəndərli, Rəna Əsgərova festivalın qırmızı xalısına çıxıblar. Onlar festivalın direktoru Alberto Barbera ilə birlikdə şəkillər çəkdiriblər.

Qeyd edək ki, filmin icraçı prodüserləri Danni Qlover, Susan Rokfeller, ssenaristləri Rəşid Səfər, Hilal Baydarov, bəstəkarı isə Kənan Rüstəmlidir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov və başqaları çəkiliblər.

Sevda Bayramova