-
- 1-04-2024, 09:49
- 346
Tanınmış jurnalist ayağını itirdi - FOTO
Qəzza zolağında Ruptly ilə əməkdaşlıq edən jurnalist Mohammad Abo Dəhruc İsrail hava qüvvələrinin endirdiyi zərbə nəticəsində ayağını itirib.
News24.az xəbər verir ki, hava hücumu zamanı Dəhruc Əl-Əqsa xəstəxanasının yaxınlığında işləyirdi. Hücum nəticəsində o, ağır yaralanıb və ayağını itirib. Hazırda jurnalist reanimasiyadadır.
Qeyd edək ki, İsrailin zərbələri nəticəsində iki fələstinli ölüb, bir neçə jurnalist yaralanıb.
Günel Məlikzadə