-
- 17-05-2024, 17:14
- 326
İspaniya: "Fələstin dövlətini tanıyacağıq"
İsrailə reaksiyasını səs-küylü dilə gətirən İspaniyanın Baş naziri Pedro Sançez Fələstinlə bağlı yeni açıqlamalar verib.
News24.az xəbər verir ki, Sançes deyib ki, Madrid Fələstin dövlətini yalnız digər ölkələrlə birgə hərəkət etməklə tanıyacaq.
Sançes bu gün “La Sexta” telekanalına verdiyi müsahibədə “İspaniyanın mayın 21-də Fələstin dövlətini tanıyacağı xəbəri həqiqəti əks etdirmir” deyib.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ötən həftə verdiyi açıqlamada İspaniyanın mayın 21-də Fələstini tanıyacağını bildirib.
Onu da bildirək ki, İrlandiya da dünən Fələstin dövlətini may ayının sonuna kimi tanıyacaqlarını açıqlayıb.
Digər tərəfdən İspaniyanın xarici işlər naziri Jose Manuel Albares dünən İsrailə silah daşıyan gəminin limanlarına yanaşmasına icazə vermədiklərini açıqlayıb.
Günel Məlikzadə