İndi əsas namizəd odur – FOTO
    • 20-05-2024, 15:27
    • 240

İndi əsas namizəd odur – FOTO

İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra ölkənin ali dini rəhbəri postuna yeganə namizəd Əli Xameneinin oğludur.

News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Politiko” nəşrinin məqaləsində qeyd olunur.

Nəşr yazır ki, İbrahim Rəisi Ayətullah Xameneinin postuna əsas namizəd idi. Lakin onun ölümündən sonra Xameneinin oğlu Müctəba Xameneinin ölkənin ali rəhbəri postuna namizədliyi gündəmə gəlib. Hazırda postun davamçısı olaraq ruhani liderin oğlu görülür.