-
- 21-05-2024, 09:58
- 262
Bombalı hücum: General işdən çıxarıldı
Cənubi Amerika ölkəsi Kolumbiyanın Morales qəsəbəsində polis qruplarına əl istehsalı bomba ilə hücum təşkil edilib. Hadisə zamanı 2-si polis olmaqla 6 nəfər yaralanıb.
News24.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, hücumu otelin yaxınlığında motosikletli insanlar həyata keçirib. Partlayışdan qısa müddət sonra polis idarəsində təqib atəşi açılıb və əraziyə çoxlu hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.
Hadisədən sonra açıqlama verən Kolumbiya prezidenti Qustavo Petro hücumun "qəbuledilməz" olduğunu bildirib. Orduya əməliyyat əmri verdiyini açıqlayıb.
General işdən çıxarıldı
Son zamanlar təhlükəsizlik qüvvələrinə hücumların artması ilə mühüm qərar verən Petro yüksək rütbəli bir hərbi generalı vəzifəsindən azad edib.
Kolumbiya mətbuatında yer alan xəbərə görə, hücuma görə keçmiş FARC üzvlərindən ibarət Estado Mayor Central (EMC) üzvləri məsuliyyət daşıyır.
Petro martın 22-də atəşkəs danışıqlarını dayandırdığı FARC-ın keçmiş liderlərindən biri İvan Mordiskonun tutulması əmrini verib.
Günel Məlikzadə