Yılmaz Ərdoğan özündən 25 yaş kiçik sevgilisi - FOTO
    • 9-04-2024, 21:00
    • 292

Yılmaz Ərdoğan özündən 25 yaş kiçik sevgilisi - FOTO

Ssenarisini və rejissorluğunu etdiyi İnci Taneleri serialı ilə ekranlara qayıdan Yılmaz Ərdoğanın özündən 25 yaş kiçik model Cansu Taşkınla 2 ildir sevgili olduğu iddia edilir.

News24.az xəbər verir ki, Yılmaz məsələyə səssiz qalarkən, Taşkın münasibət etirafı edib.

Pınar Kərimoğlunun verilişində qonaq olan Cansu Taşkın "Bu hadisələr gerçəkdir, aranızda sevgi var?" sualına cavabında Yılmaz Ərdoğanla münasibəti olduğunu etiraf edərək, "Xəbər doğrudur. Şəxsi həyatımla bağlı heç vaxt danışmamışam və danışmamağa davam edirəm. Sosial şəbəkələrdə bunu ön planda tutmamışam.  Yekun olaraq, pis bir şey etməmişik. O mənim üçün çox dəyərli bir insandır" dedi.

Günel Məlikzadə