Cem Yılmaz 51 yaşında
    • 23-04-2024, 09:05
    • 187

Cem Yılmaz 51 yaşında

23 aprel 1973-cü ildə anadan olan məşhur komediya ustası Cem Yılmazın 51 yaşı tamam oldu. Yılmaz sosial media hesabında ad gününə özəl paylaşım edib.

News24.az xəbər verir ki, uzun ömür sürməsinin sirrini verən Yılmaz, "Bu yaşa gələcəyimi heç düşünməmişdim. Möhtəşəmdir... Ad günümü qeyd edən bütün dostlarıma təşəkkür edirəm... Uzun ömrümün sirri budur ki, mən həmişə pozitiv görünürəm və özümü sevirəm”.

Məşhur komediya ustası əlavə edib: "Və mən özümü mərkəzə qoymuram. Təşəkkür edirəm həyat".

Onu da qeyd edək ki, Cem Yılmaz özündən 13 yaş kiçik pilates təlimatçısı Necla Karahalil ilə eşq yaşayır.

Günel Məlikzadə