-
- 21-05-2024, 16:44
- 234
Argentina və İspaniya arasında kriz
Argentina prezidenti Xavyer Milei həftə sonu Madridə səfəri zamanı əvvəlcə İspaniya kralı ilə görüşməkdən imtina edib. Sonra isə qatıldığı mitinqdə İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqona Qomezin “korrupsioner” olduğunu eyham edib.
News24.az xəbər verir ki, Qomezə qarşı aparılan istintaqa toxunan Millei, "Əgər korrupsioner həyat yoldaşınız varsa, işlər daha da çirkinləşir" deyib.
İspaniyanın baş naziri Mileidən üzr istəməsini tələb edib. İspaniyanın xarici işlər naziri üzr istəmədiyi təqdirdə diplomatik əlaqələrin kəsilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
İspaniyanın Argentinadakı səfiri ölkəyə çağırılıb. Argentina hökuməti üzrxahlıq tələbini rədd edib. İspaniyadan Milei ilə bağlı keçmiş ifadələrinə görə üzr istəməsini tələb edib.
Xatırladaq ki, may ayında İspaniyalı nazir Argentina liderini narkotikdən istifadə etməkdə ittiham edib.
Günel Məlikzadə