“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”
    • 21-05-2024, 18:23
    • 334

“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”

“Gün keçdikcə anasını daha çox axtarmağa başlayır”.

News24.az olay-a istinadla yazır ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal instaqramda qızı Zəhra haqqında yazıb. O bildirib ki, xanımı üçün çox darıxır:

“Zəhra bu gün otaqda tək ağlayıb, deyirdi ki, məni niyə qoyub getdin, ana? Bu, sınaqdır. Allaha həmd olsun. Amma ürək dayanmır. Həm Tünzalənin yoxluğu, həm Zəhramın iç və çöl səsi... O balaca ürəyi ilə elə sözlər danışır ki... Deyir, Röyal, tək qaldıq. Çox darıxıram. Çox çətindir. Səni yenidən görmək üçün daha nə qədər gözləyəcəyəm? Həyat yoldaşım, ilk və son sevgim, heç bugünkü kimi çətin olmamışdı. Bu gün digər günlər kimi deyildi. Nədənsə bu gün elə darıxıram ki... Bu gün çox pis gündür”.

Qeyd edək ki, sənətçi ötən il xərçəngdən dünyasını dəyişib.