Ceyson Momoanın yeni sevgilisi - FOTO
    • 22-05-2024, 22:40
    • 183

Ceyson Momoanın yeni sevgilisi - FOTO

"Game of Thrones" serialının və "Aquaman" filminin ulduzu Ceyson Momoa 2022-ci ildə iki uşağının anası Liza Bonet ilə yollarını ayırıb.

News24.az xəbər verir ki, keçən həftə qatıldığı Comic Con festivalında səhnəyə çıxan Momoa çox ciddi münasibətdə olduğunu açıqlayıb.

Məşhur aktyorun Hit Man filmi ilə tanınan həmkarı Adria Arjona ilə yeni münasibətə başladığı məlum olub.

Sosial media hesabında sevgisini elan edən Ceyson Momoa Arjona ilə getdiyi Yaponiyada çəkdirdiyi silsilə fotoları paylaşıb.

Qeyd edək ki, Momoa paylaşımında, "Sən gerçəkləşən bir xəyalsan. Ağlımı uçurdun. Evlərinin qapılarını bizə açan və xatirələr yaşatdığımız yeni və köhnə dostlara minnətdarıq. Sevgilimlə gözəl xatirələri paylaşdıq".

Günel Məlikzadə