“İsrafil Hüseynov” borudüzən gəmisindən baş verən qəza ilə bağlı - AÇIQLAMA
    • 9-05-2019, 11:50
    • 1 368

“İsrafil Hüseynov” borudüzən gəmisindən baş verən qəza ilə bağlı - AÇIQLAMA

“Baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və gəminin gələcəkdə təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk də yoxdur”.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisində baş verən hadisə ilə bağlı qurumun mətbuat katibi Mehman Mehdiyev News24.az-a açıqlamasında bildirib.

“İlk növbədə hadisə zamanı xəsarət alanlara ulu tanrıdan şəfa diləyir, tezliklə sağalmalarını arzu edirik. Onu da qeyd edim ki, gəmi Saipim şirkətində icarədədir. Hadisənin baş vermə səbəbinə gəlincə, boru düzmə əməliyyatında podratçı tərəfindən öz texnologiyalarına uyğun tətbiq edilən boru birləşmələrini izolyasiya etmək üçün gəmiyə gətirilmiş avadanlıqda baş verib. Bəzi saytlarda fotonun düzgün verilməməsi ictimaiyyətdə çaşqınlıq yaradıb. Bu baxımdan bir daha qeyd edirik ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və  gəminin gələcəkdə təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk də yoxdur. Vəziyyəti Saipiem şirkəti nəzaratdə saxlayır, yenilənən məlumatları media ilə bölüşürlər”.