İsraildən atəşkəs bəyanatı
    • 23-05-2024, 13:51
    • 223

İsraildən atəşkəs bəyanatı

İsrail hökuməti HƏMAS ilə atəşkəs və girov mübadiləsi sazişi üzrə dayandırılmış danışıqları yenidən başlatmağa hazır olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Netanyahunun ofisindən verilən açıqlamada, müharibə kabinetinin İsrail danışıqlar qrupundan "girovların qaytarılması üçün danışıqları davam etdirməyi" xahiş etdiyi bildirilib.

İspaniya, İrlandiya, Norveçin Fələstin dövlətini tanıyacaqlarını elan etməsi ilə atəşkəs üçün İsrail və Baş nazir Benyamin Netanyahuya qlobal təzyiqlər artıb.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun Netanyahuya və onun müdafiə nazirinə, eləcə də HƏMAS-ın üç liderinə qarşı hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbsə order verilməsi ilə başlayıb.

İsrail bu hərəkətləri qəzəblə rədd edərək, BCM-nin hərəkətinə “nifrətini” dilə gətirib və Fələstin Dövlətinin tanınmasını “terrorçuluğun mükafatı” adlandırıb.

Müharibədən əziyyət çəkən Qəzzada qalan girovların yaxınları yenidən Netanyahunun ofisi qarşısına toplaşaraq girovların azad edilməsi üçün addımların atılmasını tələb etdikcə ölkə daxilində təzyiqlər də artıb.

Günel Məlikzadə